Mingəçevir şəhərində kafe sahibinə kəsici alətlə xəsarət yetirilib.
Veten.Az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən kafelərdən birinin qarşısında baş verib.
Belə ki, 18 yaşlı Fuad Cəfərli ilə kafenin 40 yaşlı sahibi Səbuhi Xudadatov arasında hesab üstündə mübahisə yaranıb. Mübahisə zamanı gənc kafe sahibinə kəsici alətlə xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəfərli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


































