Gəncədə yaşlı qadının ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Veten.Az xəbər verir ki, hadisə şəhərin H.Z. Tağıyev küçəsində qeydə alınıb.
Həmin küçədə yaşayan 86 yaşlı G. Əliyeva aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.
İlkin araşdırmalar zamanı yaşlı qadının bacısı oğlu tərəfindən döyüldüyü və aldığı xəsarətlərdən öldüyü məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 59 yaşlı Əli Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.


































