İsmayıllıda küçədə kişi meyiti tapıldı – 37 yaşlı şəxsin ölüm səbəbi araşdırılır
İsmayıllı rayonunda küçədə kişi meyiti aşkarlanıb.
Veten.Az xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.
Kənd ərazisində 37 yaşlı Mixail İvanoviç Strekalovun meyiti tapılıb. İlkin məlumata görə, meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır. Şəxsin ölüm səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq.



































