Azərbaycandan qaçan şəxs Rusiyada yaxalandı – ölkəyə gətirildi!
Azərbaycan hüquq-mühafizə orqanlarının beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada keçirilən əməliyyat nəticəsində saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
Veten.Az xəbər verir ki, həmin şəxs etibardan sui-istifadə etməklə özgə əmlakını mənimsəməkdə, yəni dələduzluqda şübhəli bilinir.
Məlumata görə, onun həbs edilərək Azərbaycana gətirilməsi məqsədilə beynəlxalq axtarışa verilməsi Azərbaycan tərəfinin təşəbbüsü ilə həyata keçirilib.
Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlinin Amur vilayətinin Svobodnı rayonunda olduğu müəyyən edilib. O, saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra Azərbaycanın İnterpol Milli Mərkəzi Bürosu ilə əməkdaşlıq çərçivəsində həmin şəxs ekstradisiya qaydasında Azərbaycana gətirilib və aidiyyəti dövlət qurumlarına təhvil verilib.
Bununla da onun barəsində elan edilmiş beynəlxalq axtarış dayandırılıb. Şəxsin dələduzluqda şübhəli bilindiyi bildirilir.









































