Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovla bağlı maraqlı açıqlamalar verib.
Veten.Az xəbər verir ki, müğənni oğlunun hazırda Londonda yaşadığını və orada ali təhsil aldığını bildirib.
Sənətçinin sözlərinə görə, oktyabrın 25-də 17 yaşı tamam olan Hüseyn vaxtaşırı ondan Londonda ayrıca ev tutmasını istəyir. Lakin Röya Ayxan oğlunun hələlik tələbə kampusunda qalmasını daha məqsədəuyğun hesab edir.
Müğənni bu barədə danışarkən bildirib:
“Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, ‘Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan?’ Mən də deyirəm ki, sənə ev tutmayacağam. O, Londonda kampda qalır. Deyirəm ki, sənə yalnız 20 yaşından sonra, təkbaşına başqa ölkədə yaşaya biləcəyinə əmin olanda ev tuta bilərəm. Qorxuram, kampda qalması daha yaxşıdır”.
Röya Ayxan gələcəkdə oğlunun ailə quracağı təqdirdə gəlininin onunla eyni evdə yaşamasını istəmədiyini də açıq şəkildə ifadə edib.
“Xeyr, gəlinimin mənim yanımda nə işi var? Gəlinimlə yaşamaq istəmirəm! Yox!” – deyə xalq artisti bildirib.









































