Cəlilabad rayonunda müəmmalı ölüm hadisəsi baş verib. 45 yaşlı kişinin meyiti yaşadığı evin həyətində aşkarlanıb.
Veten.Az xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü İsmayıl İmanovun meyiti yaşadığı evin həyətində tapılıb.
İlkin məlumata görə, mərhum rayon bazarında ətir satışı ilə məşğul olub. Onun hansı şəraitdə və hansı səbəbdən həyatını itirdiyi hələlik məlum deyil.
Hadisənin təfərrüatları və ölümün səbəbi araşdırılır.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.









































