Bərdədə 17 yaşlı gənc intihar edib
Bərdə rayonunda azyaşlının intiharı ilə nəticələnən faciəli hadisə baş verib.
Veten.Az xəbər verir ki, hadisə rayonun Qarağacı kəndində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Atakişiyev Nicat Şöhrət oğlu yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.








































