Azərbaycanda FACİƏ: Tələbə binanın 5-ci mərtəbəsindən yıxılaraq öldü
Azərbaycanda tələbənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Veten.Az xəbər verir ki, Həsən Əlili binanın 5-ci mərtəbəsindən yıxılıb.
Hadisə nəticəsində aldığı xəsarətlərdən onun həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, Həsən Əlilinin tələbə olduğu məlum olub. Hadisənin hansı şəraitdə baş verdiyi barədə hələlik əlavə məlumat yoxdur.