12 saylı cəzaçəkmə müəssisəsinə narkotik keçirmək istədilər – ələ keçirildi
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə və psixotrop maddə keçirilməsi cəhdinin qarşısını alıblar.
Veten.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat-axtarış tədbirləri çərçivəsində cəzaçəkmə müəssisəsində saxlanılan məhkuma tanışı tərəfindən gətirilən sovqata baxış keçirilib. Yoxlama zamanı 6 bükümdə ümumi çəkisi 5,874 qram olan heroin və 2,408 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyi bir daha vətəndaşların diqqətinə çatdırıb ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların və maddələrin ötürülməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.