DƏHŞƏT: Kişi həyat yoldaşını tozsoran borusu ilə döydü
Veten.Az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsində baş verib.
Məlumata görə, 35 yaşlı Aydın Talıbov (şərti ad) gecə saat 03:00-04:00 radələrində qeyri-rəsmi münasibətdə yaşadığı Sənəmlə (şərti ad) qısqanclıq səbəbindən mübahisə edib.
Mübahisə zamanı kişi əvvəlcə qadının baş və boyun nahiyəsinə əli ilə zərbələr endirib. Daha sonra isə tozrosanın metal borusu ilə onun qollarına və ayaqlarına xəsarətlər yetirib.
Hadisədən sonra zərərçəkənin şikayəti əsasında cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən hadisə zamanı sərxoş olduğunu bildirib. O, törətdiyi əmələ görə peşman olduğunu və qadına dəymiş ziyanı ödədiyini qeyd edib. Zərərçəkən də məhkəmədə ona qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə Aydın Talıbov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.