Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü – 69 yaşlı kişi hadisə yerində can verdi
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Veten.az xəbər verir ki, hadisə Şabran-Xaçmaz avtomobil yolunun Mehrəliqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Zakir İsmayılov yolu keçmək istəyərkən “VAZ-2106” markalı avtomobil tərəfindən vurulub.
Ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.