Baş nazir Əli Əsədov “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsini təsdiq edib.
Veten.Az xəbər verir ki, bununla bağlı Baş nazir müvafiq qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə üç ay müddətində “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun işçilərinin say həddini (ştat vahidlərini) və strukturunu təsdiqləmək tapşırılıb.
Bu proses Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilməlidir.
Qeyd edək ki, qərar Prezidentin 2025-ci il 25 avqust tarixli 489 nömrəli “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 3.7-ci bəndinə uyğun olaraq qəbul edilib.