Skip to content
Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı

Ən son dəqiq və operativ xəbərlər

Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı

Ən son dəqiq və operativ xəbərlər

  • HADİSƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • İDMAN
  • MƏDƏNİYYƏT
  • KRİMİNAL
  • DÜNYA
  • Bürc Uyğunluğu
  • TƏHSİL
  • Tarot Oxunuşu
  • Numerologiya
  • Çin Təqvimi
  • Gündəlik Bürclər – Bu Gün Sizi Nələr Gözləyir?
  • HADİSƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • İDMAN
  • MƏDƏNİYYƏT
  • KRİMİNAL
  • DÜNYA
  • Bürc Uyğunluğu
  • TƏHSİL
  • Tarot Oxunuşu
  • Numerologiya
  • Çin Təqvimi
  • Gündəlik Bürclər – Bu Gün Sizi Nələr Gözləyir?
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
ABONE OL
pul 2
GÜNDƏM

Aliment 23 yaşa qədər ödənilməlidir! Yeni təklif parlamentdə müzakirəyə çıxarılıb

By Mustafa Həsənov
27 Noyabr 2026 12:38

Nikahın pozulmasından sonra ali məktəbdə əyani təhsil alan övladlara aliment ödənilməsi müddətinin 18 yaşdan 23 yaşadək uzadılması təklif olunub.

Veten.Az xəbər verir ki, təkliflə Milli Məclisin deputatı Məlahhət İbrahimqızı parlamentin bugünkü plenar iclasında çıxış edib.

Deputat bildirib ki, hazırkı qanunvericiliyə əsasən, ailə başçısını itirmiş uşaqlara 18 yaşınadək, əyani təhsil aldıqları halda isə 23 yaşınadək dövlət tərəfindən aylıq müavinət verilir.

Lakin valideynləri boşanmış uşaqlar üçün aliment ödənişi, ümumi qaydaya görə, 18 yaş tamam olduqda dayandırılır.

Məlahhət İbrahimqızı qeyd edib ki, ali məktəbə qəbul olan gənclərin təhsil müddətində maddi dəstəyə ehtiyacı yaranır. Bu baxımdan, nikahın pozulması halında alimentin ödənilmə müddətinin də 23 yaşadək artırılmasını məqsədəuyğun hesab edib.

Təklif parlament rəhbərliyinin də diqqətini çəkib. Milli Məclisin sədri Sahibə Qafarova Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə və Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə məsələ ilə bağlı arayış hazırlayaraq təqdim etməyi tapşırıb.

Qeyd edək ki, bu, hələlik deputatın irəli sürdüyü təklifdir. Alimentin 23 yaşadək ödənilməsini nəzərdə tutan yeni qanun dəyişikliyinin qəbul edildiyi barədə məlumat yoxdur.

Paylaş
Author

Mustafa Həsənov

Follow Me
Other Articles
nn
Previous

12 saylı cəzaçəkmə müəssisəsinə narkotik keçirmək istədilər – ələ keçirildi

piyada
Next

Lənkəranda dəhşətli qəza: 10 yaşlı uşağı avtomobil vuraraq öldürdü

🌟 Gündəlik bürclər
♈ Qoç ♉ Buğa ♊ Əkizlər ♋ Xərçəng ♌ Şir ♍ Qız ♎ Tərəzi ♏ Əqrəb ♐ Oxatan ♑ Oğlaq ♒ Dolça ♓ Balıqlar
📅 Həftəlik bürclər
♈ Qoç ♉ Buğa ♊ Əkizlər ♋ Xərçəng ♌ Şir ♍ Qız ♎ Tərəzi ♏ Əqrəb ♐ Oxatan ♑ Oğlaq ♒ Dolça ♓ Balıqlar
❤️ Bürclərin uyğunluğu
Bürclər bir-biri ilə nə dərəcədə uyğundur?
🔮 Tarot falı
Tarot kartları ilə falınızı öyrənin
🔢 Numerologiya
Doğum tarixinizin gizli mənasını öyrənin
🏮 Çin təqvimi
Çin təqviminə görə hansı heyvansınız?
  • Reklam
  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Redaksiya
  • Düzəliş siyasəti
  • İdarə Heyyəti
  • Etik Prinsiplər
  • Cookie Siyasəti

Son Yazılar

  • Baş nazir Əli Əsədov yeni qərar imzaladı
  • Lənkəranda dəhşətli qəza: 10 yaşlı uşağı avtomobil vuraraq öldürdü
  • Aliment 23 yaşa qədər ödənilməlidir! Yeni təklif parlamentdə müzakirəyə çıxarılıb
  • 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik keçirmək istədilər – ələ keçirildi
  • Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü – 69 yaşlı kişi hadisə yerində can verdi
Copyright 2026 — Veten.Az Milli Xəbər Portalı.
AZTOP.NET - Топ рейтинг сайтов
LiveInternet
Azəri saytlar