65 yaşlı Qarabağ müharibəsi qazisi faciəvi şəkildə öldü
Tərtər rayonunda 65 yaşlı kişi faciəvi şəkildə həyatını itirib.
Veten.Az-ın xəbərinə görə, hadisə rayonun İsmayılbəyli kəndində baş verib.
Belə ki, 65 yaşlı Məhəmməd Böyükağa oğlu Nağıyev yaşadığı evin həyətində yerləşən su quyusuna düşərək boğulub.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onun meyitini quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, həyatını itirən Məhəmməd Nağıyev Birinci Qarabağ müharibəsinin iştirakçısı, müharibə qazisi olub.
Faktla bağlı araşdırma aparılır.