Skip to content
Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı

Ən son dəqiq və operativ xəbərlər

Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı

Ən son dəqiq və operativ xəbərlər

  • HADİSƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • İDMAN
  • MƏDƏNİYYƏT
  • KRİMİNAL
  • DÜNYA
  • Bürc Uyğunluğu
  • TƏHSİL
  • Tarot Oxunuşu
  • Numerologiya
  • Çin Təqvimi
  • Gündəlik Bürclər – Bu Gün Sizi Nələr Gözləyir?
  • HADİSƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • İDMAN
  • MƏDƏNİYYƏT
  • KRİMİNAL
  • DÜNYA
  • Bürc Uyğunluğu
  • TƏHSİL
  • Tarot Oxunuşu
  • Numerologiya
  • Çin Təqvimi
  • Gündəlik Bürclər – Bu Gün Sizi Nələr Gözləyir?
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
ABONE OL
img 6373
GÜNDƏMSİYASƏT

Fatma Yıldırım: Kəlbəcər Azərbaycanın Zəfər tarixinin və Böyük Qayıdışın rəmzidir

By Mustafa Həsənov
25 Noyabr 2026 10:41

25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə Milli Məclisin deputatı Fatma Yıldırım paylaşım edib.

Veten.Az xəbər verir ki, deputat paylaşımında Kəlbəcərin işğaldan azad olunmasının tarixi əhəmiyyətindən, rayonda aparılan bərpa-quruculuq işlərindən və Böyük Qayıdış prosesindən bəhs edib.

Fatma Yıldırım qeyd edib ki, 25 Noyabr Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpasını, milli iradənin və dövlətimizin gücünün təntənəsini ifadə edən əlamətdar gündür.

Deputat vurğulayıb ki, 1993-cü ildə Ermənistanın işğalı nəticəsində doğma yurdlarından didərgin düşən kəlbəcərlilər uzun illər torpaqlarına qayıdacaqları günü gözləyiblər. 2020-ci il noyabrın 25-də isə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Kəlbəcər bir güllə atılmadan Azərbaycana qaytarılıb. Bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin və düşünülmüş diplomatik strategiyasının nəticəsi olub.

Paylaşımda Kəlbəcərin strateji əhəmiyyətinə, zəngin təbii sərvətlərinə, hidroenerji və turizm potensialına da diqqət çəkilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə müasir Baş plana uyğun olaraq genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yol-nəqliyyat və enerji infrastrukturu yaradılır, yaşayış və sosial obyektlər inşa olunur.

Deputat Böyük Qayıdış prosesinin əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması illərlə doğma yurd həsrəti ilə yaşayan insanlar üçün yeni həyat mərhələsinin başlanğıcıdır.

Fatma Yıldırımın sözlərinə görə, Kəlbəcərdə aparılan quruculuq işlərinin əsas məqsədi yalnız dağıdılmış infrastrukturun bərpası deyil, şəhəri müasir yaşayış standartlarına cavab verən, iqtisadi cəhətdən fəal və dayanıqlı inkişaf edən mərkəzə çevirməkdir.

Deputat paylaşımını bu fikirlərlə yekunlaşdırıb: Kəlbəcər Azərbaycanın Zəfər tarixinin davam edən quruculuq mərhələsidir. Bu gün salınan yeni yaşayış məhəllələri, istifadəyə verilən infrastruktur və doğma yurda qayıdan ailələr 2020-ci ildə qazanılmış tarixi Zəfərin real nəticələridir.

25 Noyabr – Kəlbəcər Şəhəri Günümüz mübarək!

Paylaş
Author

Mustafa Həsənov

Follow Me
Other Articles
img 6372
Previous

“Giləzi”nin direktoru həbs edildi

img 6374
Next

65 yaşlı Qarabağ müharibəsi qazisi faciəvi şəkildə öldü

🌟 Gündəlik bürclər
♈ Qoç ♉ Buğa ♊ Əkizlər ♋ Xərçəng ♌ Şir ♍ Qız ♎ Tərəzi ♏ Əqrəb ♐ Oxatan ♑ Oğlaq ♒ Dolça ♓ Balıqlar
📅 Həftəlik bürclər
♈ Qoç ♉ Buğa ♊ Əkizlər ♋ Xərçəng ♌ Şir ♍ Qız ♎ Tərəzi ♏ Əqrəb ♐ Oxatan ♑ Oğlaq ♒ Dolça ♓ Balıqlar
❤️ Bürclərin uyğunluğu
Bürclər bir-biri ilə nə dərəcədə uyğundur?
🔮 Tarot falı
Tarot kartları ilə falınızı öyrənin
🔢 Numerologiya
Doğum tarixinizin gizli mənasını öyrənin
🏮 Çin təqvimi
Çin təqviminə görə hansı heyvansınız?
  • Reklam
  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Redaksiya
  • Düzəliş siyasəti
  • İdarə Heyyəti
  • Etik Prinsiplər
  • Cookie Siyasəti

Son Yazılar

  • Baş nazir Əli Əsədov yeni qərar imzaladı
  • Lənkəranda dəhşətli qəza: 10 yaşlı uşağı avtomobil vuraraq öldürdü
  • Aliment 23 yaşa qədər ödənilməlidir! Yeni təklif parlamentdə müzakirəyə çıxarılıb
  • 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik keçirmək istədilər – ələ keçirildi
  • Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü – 69 yaşlı kişi hadisə yerində can verdi
Copyright 2026 — Veten.Az Milli Xəbər Portalı.
AZTOP.NET - Топ рейтинг сайтов
LiveInternet
Azəri saytlar