Hacıqabulda kürəkən qayınatasını öldürdü – QƏTL HADİSƏSİ
Hacıqabul rayonunda ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.
Veten.Az xəbər verir ki, hadisə Hacıqabul şəhəri ərazisində qeydə alınıb.
İlkin məlumata görə, kürəkən qayınatasını öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi və qətlin hansı şəraitdə törədildiyi hələlik məlum deyil.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığı bildirilir.
Qətlin təfərrüatları barədə əlavə məlumat əldə olunduqca xəbər yenilənəcək.
***
Hacıqabulda qayınatasını öldürən kürəkən saxlanıldı – ŞƏXSİN ADI AÇIQLANDI
Hacıqabul rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Veten.Az-ın əldə etdiyi məlumata görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.
Belə ki, şəhər sakini Davud Abbasov bıçaq xəsarətləri alaraq qətlə yetirilib.
Cinayəti törətməkdə mərhumun kürəkəni Asim İmanov şübhəli bilinir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.İmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırma çərçivəsində müəyyənləşdirilir.