Skip to content
Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı

Ən son dəqiq və operativ xəbərlər

Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı

Ən son dəqiq və operativ xəbərlər

  • HADİSƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • İDMAN
  • MƏDƏNİYYƏT
  • KRİMİNAL
  • DÜNYA
  • Bürc Uyğunluğu
  • TƏHSİL
  • Tarot Oxunuşu
  • Numerologiya
  • Çin Təqvimi
  • Gündəlik Bürclər – Bu Gün Sizi Nələr Gözləyir?
  • HADİSƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • İDMAN
  • MƏDƏNİYYƏT
  • KRİMİNAL
  • DÜNYA
  • Bürc Uyğunluğu
  • TƏHSİL
  • Tarot Oxunuşu
  • Numerologiya
  • Çin Təqvimi
  • Gündəlik Bürclər – Bu Gün Sizi Nələr Gözləyir?
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
ABONE OL
0bf3275b 630c 465c a4bc 4241ba40d758
SİYASƏT

Fatma Yıldırım: Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi mühüm əhəmiyyət daşıyır

By Mustafa Həsənov
24 Noyabr 2026 14:32

Milli Məclisin deputatı Fatma Yıldırım Azərbaycan-Vyetnam münasibətləri ilə bağlı fikirlərini Veten.Az-la bölüşüb.

Deputatın Veten.Az-a açıqlamasını təqdim edirik:

Cənab Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərini, mövcud əməkdaşlığın əsas istiqamətlərini və gələcək inkişaf perspektivlərini əhatə etməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərə söykənən dostluq, qarşılıqlı hörmət və etimad prinsipləri əsasında formalaşıb. 1959-cu ildə Vyetnamın görkəmli dövlət xadimi Ho Şi Minin Bakıya səfəri bu əlaqələrin tarixində xüsusi yer tutur. Eyni zamanda, 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən Vyetnam səfəri ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verib. Bu tarixi ənənələr bu gün də Azərbaycan-Vyetnam münasibətlərinin əsasını təşkil edir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müsahibədə vurğuladığı kimi, 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərdə yeni mərhələnin başlanğıcı olub. Bu sənəd iki ölkə arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradır.

Xüsusilə iqtisadi-ticari əlaqələrin inkişafı diqqətəlayiqdir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötüb. Bununla yanaşı, energetika, sənaye, kənd təsərrüfatı, investisiya və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. SOCAR ilə PetroVietnam arasında əməkdaşlığın dərinləşdirilməsi, eləcə də Vyetnam şirkətlərinin Azərbaycanın investisiya və infrastruktur layihələrində iştiraka maraq göstərməsi iqtisadi tərəfdaşlığın praktiki məzmununu artırır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu da ikitərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Vyetnamla Avropa arasında yükdaşımaların genişləndirilməsi ölkəmizin tranzit imkanlarından daha səmərəli istifadə edilməsinə şərait yarada bilər.

Münasibətlərimizin mühüm istiqamətlərindən biri də humanitar, mədəni və təhsil əlaqələridir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil layihələri, Leyla Əliyevanın bu ölkəyə səfəri, universitetlərarası əməkdaşlıq və tələbə mübadiləsi xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması bu əlaqələrin zəngin tarixi ənənələrə malik olduğunu göstərir.

Müsahibədə Azərbaycan ilə Vyetnam arasında mədəni əlaqələrin tarixinə də xüsusi diqqət yetirilməsi əlamətdardır. Qara Qarayevin yaradıcılığından Əjdər İbrahimovun Vyetnam kinosunun inkişafına verdiyi töhfələrə qədər uzanan bu əlaqələr xalqlarımızın mədəni yaxınlığının ifadəsidir.

Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Bu münasibətlər qarşılıqlı maraqlara, iqtisadi imkanlara və beynəlxalq əməkdaşlıqda ortaq yanaşmalara əsaslanır.

Paylaş
Author

Mustafa Həsənov

Follow Me
Other Articles
mm
Previous

Milli Məclisdə iclas BAŞLADI: Gündəlikdə 10 mühüm məsələ var

img 6345
Next

Deputatdan rüşvətlə bağlı diqqətçəkən açıqlama

🌟 Gündəlik bürclər
♈ Qoç ♉ Buğa ♊ Əkizlər ♋ Xərçəng ♌ Şir ♍ Qız ♎ Tərəzi ♏ Əqrəb ♐ Oxatan ♑ Oğlaq ♒ Dolça ♓ Balıqlar
📅 Həftəlik bürclər
♈ Qoç ♉ Buğa ♊ Əkizlər ♋ Xərçəng ♌ Şir ♍ Qız ♎ Tərəzi ♏ Əqrəb ♐ Oxatan ♑ Oğlaq ♒ Dolça ♓ Balıqlar
❤️ Bürclərin uyğunluğu
Bürclər bir-biri ilə nə dərəcədə uyğundur?
🔮 Tarot falı
Tarot kartları ilə falınızı öyrənin
🔢 Numerologiya
Doğum tarixinizin gizli mənasını öyrənin
🏮 Çin təqvimi
Çin təqviminə görə hansı heyvansınız?
  • Reklam
  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Redaksiya
  • Düzəliş siyasəti
  • İdarə Heyyəti
  • Etik Prinsiplər
  • Cookie Siyasəti

Son Yazılar

  • Baş nazir Əli Əsədov yeni qərar imzaladı
  • Lənkəranda dəhşətli qəza: 10 yaşlı uşağı avtomobil vuraraq öldürdü
  • Aliment 23 yaşa qədər ödənilməlidir! Yeni təklif parlamentdə müzakirəyə çıxarılıb
  • 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik keçirmək istədilər – ələ keçirildi
  • Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü – 69 yaşlı kişi hadisə yerində can verdi
Copyright 2026 — Veten.Az Milli Xəbər Portalı.
AZTOP.NET - Топ рейтинг сайтов
LiveInternet
Azəri saytlar