Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Veten.Az xəbər verir ki, iclasa parlamentin sədri Sahibə Qafarova rəhbərlik edir.
Plenar iclasın gündəliyinə ümumilikdə 10 məsələ daxil edilib.
Müzakirə olunacaq məsələlər arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib edilmiş Sazişin qəbul və təsdiqi, həmçinin onun həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi yer alıb.
Bundan başqa, deputatlar “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsini də müzakirə edəcəklər.
İclasda gündəliyə daxil edilən digər məsələlərin də nəzərdən keçirilməsi nəzərdə tutulub.