Deputatdan rüşvətlə bağlı diqqətçəkən açıqlama
Milli Məclisdə rüşvət və maraqlar toqquşması ilə bağlı diqqətçəkən açıqlama səsləndirilib.
Veten.Az xəbər verir ki, deputat Siyavuş Novruzov bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Deputat bildirib ki, rüşvətə qarşı mübarizədə yalnız rüşvət alan şəxslər deyil, onu təklif edənlər də məsuliyyət daşımalıdır.
“Məmura rüşvət təklif etməsən, haradan alacaq? Rüşvət təklif edən tərəfə düzgün yolu göstərməliyik ki, fərasətsiz, təhsili olmayan övladını hədiyyələr və ya digər vasitələrlə işə cəlb etməsin. Bu, dövlətə də ziyandır”, – deyə Siyavuş Novruzov vurğulayıb.
Deputatın bu açıqlaması parlamentdə maraqlar toqquşması və korrupsiyaya qarşı mübarizə mövzusunda aparılan müzakirələr zamanı səsləndirilib.