Dekabrda 10 gün iş olmayacaq: Yeni il öncəsi 5 günlük tətil fürsəti
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanları 10 qeyri-iş günü gözləyir. Yeni il bayramı ilə əlaqədar isə ilin sonunda ardıcıl 5 gün istirahət etmək mümkün olacaq.
Veten.Az xəbər verir ki, dekabr ayında 5 şənbə və 4 bazar günü olmaqla, ümumilikdə 9 həftəsonu günü var.
Bundan əlavə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə qeyri-iş günü hesab olunur. Beləliklə, beşgünlük iş həftəsi ilə çalışanlar dekabr ayında ümumilikdə 10 gün işə getməyəcəklər.
Yeni il bayramında 5 gün ardıcıl istirahət
Yanvarın 1-i və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləridir. Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən, beşgünlük iş həftəsində yanvarın 4-ü də istirahət günü olacaq.
Nəticədə, 31 dekabr 2026-cı il tarixindən 4 yanvar 2027-ci il tarixinədək Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanları ardıcıl 5 günlük tətil gözləyir.
Bu isə vətəndaşlara ilin sonunu və yeni ilin ilk günlərini istirahətlə keçirmək imkanı yaradacaq.