Əməkdar artist Mətanət İsgəndərli keçirdiyi mədəkiçiltmə əməliyyatı və arıqlama prosesi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Veten.Az xəbər verir ki, müğənni bu barədə “MTV Maqazin” verilişində danışıb. Sənətçi bildirib ki, mədəkiçiltmə əməliyyatı zamanı 8 saat əməliyyat masasında qalıb və nəticədə 45 kiloqram arıqlayıb.
Mətanət İsgəndərli əməliyyatın nə qədər ciddi olduğunu vurğulayaraq bunları deyib:
“Ölümə qol çəkdim. Səkkiz saat əməliyyat olundum. Səhnə gözəllik tələb edir. Canından keçirsən. Mədəkiçiltmə əməliyyatı etdirdim, 45 kiloqram arıqladım. İmtahan dünyasındayıq. Hələ fikrim var, yenə arıqlayacağam”.
Əməkdar artistin açıqlaması səhnə gözəlliyi naminə keçdiyi çətin prosesə yenidən diqqət çəkib. Müğənninin sözlərindən məlum olur ki, o, əldə etdiyi nəticəyə baxmayaraq, arıqlamaq niyyətindədir.
Qeyd edək ki, mədəkiçiltmə əməliyyatı ciddi tibbi müdaxilədir və belə qərarlar yalnız həkim müayinəsi, fərdi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və mütəxəssis məsləhəti əsasında verilməlidir.











































