Bakıda 27 yaşlı gənci avtomobil vuraraq öldürdü – FOTO
Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin vurduğu 27 yaşlı piyada xəstəxanada həyatını itirib.
Veten.Az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Bünyad Muxtar oğlu Cəfərov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Çərkəz Elnur oğlu Yusifovu vurub.
Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin təfərrüatları araşdırılır.
Qeyd: Vəfat edən Çərkəz Yusifovun fotosu xəbərə əlavə olunub.
