Skip to content
Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı

Ən son dəqiq və operativ xəbərlər

Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı

Ən son dəqiq və operativ xəbərlər

  • HADİSƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • İDMAN
  • MƏDƏNİYYƏT
  • KRİMİNAL
  • DÜNYA
  • Bürc Uyğunluğu
  • TƏHSİL
  • Tarot Oxunuşu
  • Numerologiya
  • Çin Təqvimi
  • Gündəlik Bürclər – Bu Gün Sizi Nələr Gözləyir?
  • HADİSƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • İDMAN
  • MƏDƏNİYYƏT
  • KRİMİNAL
  • DÜNYA
  • Bürc Uyğunluğu
  • TƏHSİL
  • Tarot Oxunuşu
  • Numerologiya
  • Çin Təqvimi
  • Gündəlik Bürclər – Bu Gün Sizi Nələr Gözləyir?
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
ABONE OL
img 6389
GÜNDƏM

İcra başçısının3 milyon manatlıq əmlakına həbs qoyuldu – Mülklərinin siyahısı

By Mustafa Həsənov
25 Noyabr 2026 15:37

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayevin təxminən 3 milyon manat dəyərində əmlakına həbs qoyulub.

Veten.Az xəbər verir ki, keçmiş icra başçısına məxsus əmlakların böyük hissəsi Bakı şəhərində yerləşir.

Həbs qoyulan əmlaklar arasında aşağıdakılar var:

  1. Bakının müxtəlif ünvanlarında yerləşən bir neçə mənzil;
  2. Bağ evi;
  3. Müxtəlif qeyri-yaşayış sahələri və obyektlər;
  4. Üç bahalı minik avtomobili;
  5. İslam Rzayevin doğulduğu Göyçay rayonunda yerləşən bağ evi.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında əmlakların üzərinə həbs qoyulub. Onların ümumi dəyərinin 3 milyon manata yaxın olduğu bildirilir.

Məlumata görə, DTX tərəfindən aparılan istintaq artıq yekunlaşıb. İslam Rzayevə qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2-ci (külli miqdarda mənimsəmə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), eləcə də 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə yekun ittiham irəli sürülüb.

Qeyd olunan maddələrin sanksiyalarında 10 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq. İlk məhkəmə iclasının gələn cümə keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, İslam Rzayev ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib.

Paylaş
Author

Mustafa Həsənov

Follow Me
Other Articles
img 6387
Previous

Xırdalanda 1500 manatlıq PlayStation 5 oğurlandı – İki nəfər saxlanıldı FOTO

qadin doyulmesi
Next

DƏHŞƏT: Kişi həyat yoldaşını tozsoran borusu ilə döydü

🌟 Gündəlik bürclər
♈ Qoç ♉ Buğa ♊ Əkizlər ♋ Xərçəng ♌ Şir ♍ Qız ♎ Tərəzi ♏ Əqrəb ♐ Oxatan ♑ Oğlaq ♒ Dolça ♓ Balıqlar
📅 Həftəlik bürclər
♈ Qoç ♉ Buğa ♊ Əkizlər ♋ Xərçəng ♌ Şir ♍ Qız ♎ Tərəzi ♏ Əqrəb ♐ Oxatan ♑ Oğlaq ♒ Dolça ♓ Balıqlar
❤️ Bürclərin uyğunluğu
Bürclər bir-biri ilə nə dərəcədə uyğundur?
🔮 Tarot falı
Tarot kartları ilə falınızı öyrənin
🔢 Numerologiya
Doğum tarixinizin gizli mənasını öyrənin
🏮 Çin təqvimi
Çin təqviminə görə hansı heyvansınız?
  • Reklam
  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Redaksiya
  • Düzəliş siyasəti
  • İdarə Heyyəti
  • Etik Prinsiplər
  • Cookie Siyasəti

Son Yazılar

  • Baş nazir Əli Əsədov yeni qərar imzaladı
  • Lənkəranda dəhşətli qəza: 10 yaşlı uşağı avtomobil vuraraq öldürdü
  • Aliment 23 yaşa qədər ödənilməlidir! Yeni təklif parlamentdə müzakirəyə çıxarılıb
  • 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik keçirmək istədilər – ələ keçirildi
  • Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü – 69 yaşlı kişi hadisə yerində can verdi
Copyright 2026 — Veten.Az Milli Xəbər Portalı.
AZTOP.NET - Топ рейтинг сайтов
LiveInternet
Azəri saytlar