Bakıda sirkə turşusundan zəhərlənən qadın ölüb.
Veten.az xəbər verir ki, hadisə oktyabrın 28-də Nərimanov rayonunda qeydə alınıb.
Gülarə Zeynalova sirkə turşusundan zəhərlənərək, xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, qadın bir gün sonra ölüb.
Araşdırma aparılır.









































