Bərdə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Veten.Az xəbər verir ki, hadisə Heydər Əliyev prospekti, 89 ünvanında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Kia Optima” və “Lada VAZ-21010” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə ciddi maddi ziyan dəyib.
Hadisənin səbəbləri araşdırılır.
























