ABŞ-da 36 yaşlı Madlen Veronik Deyli 11 aylıq oğlu Beyzil Stouneri qətlə yetirib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Nyu-Meksiko ştatının kənd ərazisində baş verib. Uşaq anası ilə birlikdə avtofurqonda olarkən qadın onun üz nahiyəsinə atəş açıb.
İstintaq qətli uşağın valideynləri arasındakı münaqişənin nəticəsi kimi qiymətləndirib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Deyli istəməyib ki, atası oğlunun qəyyumluğunu ala bilsin. O, bundan ehtiyat edib və bunun baş verməsi ehtimalını tamamilə aradan qaldırmaq qərarına gəlib.
Məhkəmə araşdırması zamanı qadın hərəkətlərini səmimi şəkildə uşağı qorumaq kimi qələmə verib. O, həmçinin ölən uşağın yaşına və onun tərəfindən heç bir təhlükə olmamasına baxmayaraq, qətli əsaslandırılmış hesab etdiyini deyib.
Məhkəmə işin halları və ittiham tərəfinin mövqeyi araşdırıldıqdan sonra Deylini körpənin qətlində təqsirli bilib.

























