• Latest
  • Trending
İlham Əliyevin müsahibəsi: Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyur

İlham Əliyevin müsahibəsi: Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyur

24 Avqust 2026
Hacıqabul sakinini kürəyindən bıçaqladılar

Ağstafada iki qardaş bıçaqlanıb

05 Oktyabr 2026
Gəncədə iki nəfər bıçaqlanıb

Ər arvadını bıçaqlayıb polisə təslim oldu

05 Oktyabr 2026
“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

05 Oktyabr 2026
Biləsuvarda qətl hadisəsi xalası oğlunu qətlə yetirdi

Biləsuvarda qətl hadisəsi xalası oğlunu qətlə yetirdi

05 Oktyabr 2026
5 Oktyabr — Bərdə şəhərinin raket atəşinə tutulmasından 6 il keçir: Unudulmayan ağrı, yaddaşlardan silinməyən gün

5 Oktyabr — Bərdə şəhərinin raket atəşinə tutulmasından 6 il keçir: Unudulmayan ağrı, yaddaşlardan silinməyən gün

05 Oktyabr 2026
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür: Gələcəyimizi formalaşdıran müəllimlərimizin peşə bayramı

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür: Gələcəyimizi formalaşdıran müəllimlərimizin peşə bayramı

05 Oktyabr 2026
Qaxda yeyib-içən dostlar dalaşdı: bıçaqlanan var

Biləsuvarda 24 yaşlı gənc qətlə yetirildi – Şübhəli saxlanılıb

04 Oktyabr 2026
Sumqayıtda 31 yaşlı qadın qətlə yetirildi – Həyat yoldaşı saxlanılıb

Sumqayıtda 31 yaşlı qadın qətlə yetirildi – Həyat yoldaşı saxlanılıb

04 Oktyabr 2026
Qubada FACİƏ: maşın vuran 13 yaşlı qızı xilas edə bilmədilər

Qubada FACİƏ: maşın vuran 13 yaşlı qızı xilas edə bilmədilər

04 Oktyabr 2026
Fatma Yıldırım: Biz yalnız torpaqlarımızı azad etməmişik, həmin torpaqlarda yeni və daha güclü həyat qururuq

Fatma Yıldırım: Biz yalnız torpaqlarımızı azad etməmişik, həmin torpaqlarda yeni və daha güclü həyat qururuq

04 Oktyabr 2026
Fatma Yıldırım: Qarşıdakı mərhələdə əsas hədəf əldə etdiyimiz tarixi Zəfərləri möhkəmləndirməkdir

Fatma Yıldırım: Qarşıdakı mərhələdə əsas hədəf əldə etdiyimiz tarixi Zəfərləri möhkəmləndirməkdir

04 Oktyabr 2026
Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

04 Oktyabr 2026
Veten.Az Milli Xəbər Portalı
Bazar ertəsi, Oktyabr 5, 2026
  • Login
Reklam
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR
No Result
View All Result
Veten.Az Milli Xəbər Portalı
No Result
View All Result

İlham Əliyevin müsahibəsi: Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyur

by Mustafa Həsənov
24 Avqust 2026
in GÜNDƏM, SİYASƏT
0
İlham Əliyevin müsahibəsi: Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyur

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü səviyyəsini və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir. Müsahibədə səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əlaqələr müstəvisində qiymətləndirilə bilməz. Bu münasibətlər ortaq tariximizə, dilimizə, mədəniyyətimizə və mənəvi dəyərlərimizə söykənən, eyni zamanda, regional və qlobal proseslərə təsir imkanları artan strateji müttəfiqlik münasibətləridir.

Bu fikirləri Veten.Az– a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

YOU MAY ALSO LIKE

“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

Fatma Yıldırım: Biz yalnız torpaqlarımızı azad etməmişik, həmin torpaqlarda yeni və daha güclü həyat qururuq

Onun sözlərinə görə, son illərdə Azərbaycan və Özbəkistan arasında əlaqələrin sürətli inkişafı, ilk növbədə, dövlət başçılarının siyasi iradəsinin və qarşılıqlı etimadının nəticəsidir. Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasındakı səmimi dostluq və qarşılıqlı hörmət iki ölkə arasındakı münasibətlərin bütün sahələr üzrə inkişafına mühüm impuls verir. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri və həmin səfərlər çərçivəsində imzalanmış mühüm sənədlər münasibətlərimizin siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirib. Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamənin və Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkənin gələcəyə baxışının nə qədər yaxın olduğunu nümayiş etdirir. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə bu münasibətlərin institusional əsaslarını gücləndirən mühüm mexanizmə çevrilib. Bu platforma qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və uzunmüddətli strateji layihələrin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlığımızı strateji əhəmiyyət daşıyan istiqamət kimi qiymətləndirirəm. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm geosiyasi və iqtisadi mövqeyə malikdir. Bu baxımdan iki ölkənin nəqliyyat imkanlarının birləşdirilməsi Şərqlə Qərb arasında yeni bağlantıların formalaşmasına ciddi töhfə verə bilər. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə əlaqələndirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq yalnız nəqliyyat marşrutlarının genişləndirilməsi anlamına gəlmir. Eyni zamanda, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin qlobal iqtisadi və logistika xəritəsində rolunun daha da güclənməsi deməkdir. Enerji sahəsində əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyması da xüsusi qeyd olunmalıdır. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji sahəsində həyata keçirilən birgə təşəbbüslər regionun böyük bərpaolunan enerji potensialının reallaşdırılması üçün mühüm imkanlar açır. Azərbaycan burada yalnız enerji istehsalçısı və ixracatçısı kimi deyil, həm də yaşıl enerjinin regional və beynəlxalq bazarlara çıxarılmasında mühüm tərəfdaş kimi çıxış edir”, – deyə deputat əlavə edib.

Azərbaycan–Özbəkistan münasibətlərinin beynəlxalq və regional təşkilatlar çərçivəsindəki əməkdaşlığından danışan F.Yıldırım bildirib ki, burada mühüm istiqamətlərdən biri Türk dünyasının birliyinin gücləndirilməsidir. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı ortaq tariximizin, mədəniyyətimizin və mənəvi dəyərlərimizin siyasi və iqtisadi əməkdaşlıqla tamamlanmasına xidmət edir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları arasında Məşvərət görüşlərində iştirakının təmin olunması isə ölkəmizin regionla əlaqələrində yeni mərhələnin göstəricisidir. “C5+Azərbaycan” formatının formalaşması Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin strateji əhəmiyyətini və ölkəmizin regional əməkdaşlıqdakı artan rolunu bir daha nümayiş etdirir. Bütün bunlar onu göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri çoxşaxəli və uzunmüddətli inkişaf modelinə çevrilib. Siyasi dialoq, iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın paralel şəkildə inkişaf etməsi bu münasibətlərin möhkəm və davamlı xarakter daşıdığını göstərir.

“Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin ən böyük gücü qarşılıqlı etimad və ortaq strateji baxışdır. Formalaşan müttəfiqlik münasibətləri yalnız dövlətlərimizin deyil, xalqlarımızın da gələcək rifahına xidmət edən mühüm siyasi sərvətdir. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan–Özbəkistan qardaşlığı əldə olunmuş nəticələrlə kifayətlənmir. Qarşıda daha böyük layihələr, daha geniş əməkdaşlıq imkanları və Türk dünyasının birliyinə xidmət edən yeni təşəbbüslər var. Azərbaycan və Özbəkistan arasında strateji müttəfiqlik münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, iki qardaş ölkənin regional və beynəlxalq müstəvidə birgə imkanlarını daha da genişləndirəcək. Bu qardaşlıq həm xalqlarımızın rifahına, həm Türk dünyasının birliyinə, həm də regionda sülh, sabitlik və davamlı inkişafın möhkəmlənməsinə mühüm töhfə verəcək”, – deyə o vurğulayıb. 

Oxunub 245
Tags: azərbaycandeputatfatma yıldırımözbəkistan
ShareTweetShare

Search

No Result
View All Result

Search

No Result
View All Result

Categories

  • BÜRCLƏR (48)
  • GÜNDƏM (92)
  • HADİSƏ (193)
  • HEKAYƏLƏR (11)
  • HƏRBİ (9)
  • İDMAN (4)
  • Kateqoriyasız (16)
  • KRİMİNAL (6)
  • SAĞLAMLIQ (41)
  • ŞƏHİDLƏRİMİZ (32)
  • SİYASƏT (50)
  • ŞOUBİZNES (15)
  • TƏHSİL (21)
  • ÜMUMİ (92)
  • YUXUYOZMALAR (31)

  • Cookie Siyasəti
  • Düzəliş siyasəti
  • Etik Prinsiplər
  • Əlaqə
  • Haqqımızda
  • İdarə Heyyəti
  • İstifadə şərtləri
  • Məxfilik Siyasəti
  • Redaksiya
  • Reklam

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

No Result
View All Result
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
AZTOP.NET - Топ рейтинг сайтов
MobTop.az
LiveInternet