Bakıda 63 yaşlı qadın küçədə qəfil öldü
Bakıda küçədə qadının qəfil ölümü ilə nəticələnən hadisə baş verib.
Veten.Az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, 63 yaşlı S. Veysova küçədə olarkən qəfil dünyasını dəyişib. İlkin məlumata görə, qadın ürək xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.