Sərhəd Xidmətinin hərbi qulluqçusu VƏFAT ETDİ – Rəsmi açıqlama
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, əsgər Kərimov Rəhman Rauf oğlu uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Veten.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, uzun müddət ağır xəstəlikdən əziyyət çəkən Rəhman Kərimov Mərkəzi Klinik Xəstəxanada müalicə alıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.