Məktəblərdə şagird yerdəyişməsi ilə bağlı VACİB TARİX – Elektron sistem işə düşür
Avqustun 15-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.
Veten.Az xəbər verir ki, şagirdlərin bir məktəbdən digərinə elektron qaydada yerdəyişməsi prosesi 15 avqust saat 15:00-dan etibarən başlayacaq.
Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə etmək istəyən valideynlər portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Yeni elektron sistemin tətbiqi şagird yerdəyişməsi prosesinin daha rahat, şəffaf və operativ həyata keçirilməsinə imkan yaradacaq. Belə ki, valideynlərin təhsil müəssisələri ilə birbaşa təmasının və məktəbə müraciət prosesinin daha səmərəli təşkil olunması nəzərdə tutulur.
Elektronlaşdırılmış sistem eyni zamanda tədris ili ərzində həyata keçirilən şagird yerdəyişmələrinin hesabatlılığının və statistikasının aparılmasına, eləcə də proseslə bağlı digər məlumatların daha qısa müddətdə əldə edilməsinə şərait yaradacaq.
Məlumata görə, sistemin əsas məqsədlərindən biri şagirdlər haqqında statistik hesabatların daha dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasını təmin etməkdir.
Valideynlərin şagird yerdəyişməsi ilə bağlı müraciətlərini elektron sistem üzərindən həyata keçirmələri tövsiyə olunur.




















