Sabirabadda qəzada 68 yaşlı motosiklet sürücüsü öldü
Sabirabad şəhərində minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Əliyev Əlixan Məzahir oğlu ölüb.
Veten.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində ağır xəsarət alan Sabirabad sakini xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.























