Goranboy-Naftalan yolunda ağır qəza: 2 nəfər öldü
Goranboy-Naftalan yolunda üç avtomobilin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Veten.Az xəbər verir ki, hadisə zamanı “Toyota Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobillər toqquşub. İlkin məlumata görə, zəncirvari qəza nəticəsində iki nəfər həyatını itirib, xəsarət alanların da olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Qəzanın hansı səbəbdən baş verdiyi və yaralananların vəziyyəti ilə bağlı araşdırma aparılır. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.























