• Latest
  • Trending
  • All
Bu məcburi köçkünlərə aylıq müavinət verilməyəcək – “Qaçqınkom” AÇIQLADI

Bu məcburi köçkünlərə aylıq müavinət verilməyəcək – “Qaçqınkom” AÇIQLADI

06 Avqust 2026
Salyanda qəza, bir nəfər öldü

Salyanda qəza, bir nəfər öldü

25 Avqust 2026
16 il keçdi… Sən yoxsan, amma xatirən yaşayır – Fatma Yıldırımın yazısı

16 il keçdi… Sən yoxsan, amma xatirən yaşayır – Fatma Yıldırımın yazısı

25 Avqust 2026
Bakıda kişini cərəyan vurub öldürdü

Bakıda kişini cərəyan vurub öldürdü

25 Avqust 2026
Şəmkirdə avtomobil qadını vurub öldürdü

Bərdədə yol-nəqliyyat hadisəsi: piyada həyatını itirib

25 Avqust 2026
Toy günü gəlinin telefonuna gələn mesaj bütün mərasimi yarımçıq qoydu

Toy günü gəlinin telefonuna gələn mesaj bütün mərasimi yarımçıq qoydu

25 Avqust 2026
Bakıda TAYOTA bardürə çırpıldı

Bakıda TAYOTA bardürə çırpıldı

25 Avqust 2026
Siqareti birdən-birə tərgitmək orqanizmə nə edir?

Siqareti birdən-birə tərgitmək orqanizmə nə edir?

25 Avqust 2026
Siqareti tərgidəndə orqanizmdə nə baş verir? Günbəgün dəyişikliklər

Siqareti tərgidəndə orqanizmdə nə baş verir? Günbəgün dəyişikliklər

25 Avqust 2026
25 Avqust 2026 üçün gündəlik bürclər – Bütün bürclər üçün geniş astroloji proqnoz

25 Avqust 2026 üçün gündəlik bürclər – Bütün bürclər üçün geniş astroloji proqnoz

25 Avqust 2026
İsmayıllıda avtomobil aşdı, sürücü öldü

İsmayıllıda avtomobil aşdı, sürücü öldü

24 Avqust 2026
Bu şəxslər də hərbi xidmətə gedəcək

Bu şəxslər də hərbi xidmətə gedəcək

24 Avqust 2026
  • HADİSƏ
  • ÜMUMİ
  • GÜNDƏM
  • YUXUYOZMALAR
  • BÜRCLƏR
  • SAĞLAMLIQ
  • SİYASƏT
  • TƏHSİL
  • HEKAYƏLƏR
Çərşənbə, Avqust 26, 2026
  • Login
  • HADİSƏ
  • ÜMUMİ
  • GÜNDƏM
  • YUXUYOZMALAR
  • BÜRCLƏR
  • SAĞLAMLIQ
  • SİYASƏT
  • TƏHSİL
  • HEKAYƏLƏR
No Result
View All Result
No Result
View All Result
Home GÜNDƏM

Bu məcburi köçkünlərə aylıq müavinət verilməyəcək – “Qaçqınkom” AÇIQLADI

by Mustafa Həsənov
06 Avqust 2026
in GÜNDƏM
0
Bu məcburi köçkünlərə aylıq müavinət verilməyəcək – “Qaçqınkom” AÇIQLADI
238
SHARES
681
VIEWS
Share on FacebookShare on Twitter

Bu məcburi köçkünlərə aylıq müavinət verilməyəcək – “Qaçqınkom” AÇIQLADI

Valideynlərindən birinin “məcburi köçkün” statusu olmayan şəxslərə vahid aylıq müavinətin təyin edilməməsinə aydınlıq gətirilib.

Veten.Az xəbər verir ki, Bu barədə Lent.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, vahid aylıq müavinət – işğal nəticəsində doğma torpaqlarından, daşınmaz əmlakından və vərdiş etdiyi təsərrüfat-məişət şəraitindən məhrum olmuş şəxslərə dövlətin fərdi dəstək mexanizmidir və hazırda onun təyin edilməsi ayrıca normativ-hüquqi aktla tənzimlənir:

“Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”dır.
Bir daha xatırladırıq ki, vahid aylıq müavinət “məcburi köçkün” statusu (vəsiqəsi) olanların heç də hamısına təyin edilmir. Məcburi köçkün statusu olan, lakin vahid aylıq müavinətin şamil edilmədiyi şəxslər mövcud Qaydanın 2-ci bəndinə əsasən müəyyənləşdirilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan şəxslərə vahid aylıq müavinət verilmir.

Bu məsələyə hüquqi məntiq və sosial ədalət prinsiplərindən yanaşdıqda qeyd etməliyik ki, ailədə valideynlərdən biri məcburi köçkün statusuna malik olmadıqda, həmin ailə tam mənada mənzil-məişət və torpaq resurslarından məhrum olmuş sayılmır. Yerli (məcburi köçkün olmayan) valideynin daşınmaz əmlak, mənzil, mülkiyyət və digər sosial-iqtisadi təminatlara çıxışı olduğundan, bu cür ailələr kütləvi humanitar risk qrupundan fərqləndirilir. Büdcə vəsaitlərinin həqiqi ehtiyacı olan, hər iki valideyni də köçkün statusu daşıyan və tamamilə dövlət qayğısına söykənən ailələrə yönəldilməsi sosial ədalət və ünvanlılıq prinsipinin tələbidir.

Eyni zamanda, ötən dövr ərzində Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (ƏHALİ) bazası ilə Dövlət Sosial Müdafiə Fondu və Dövlət Komitəsinin məlumat bazaları tam elektron inteqrasiya olunmamışdı. Qaydanın 2.6-cı bəndinə aid hal seçmə və manual (fərdi) yoxlamalarda gözdən yayınırdı. Son dövrdə dövlət informasiya ehtiyatlarının çarpaz inteqrasiyası (e-dövlət) nəticəsində əsassız ödənişlər avtomatik aşkarlanaraq dayandırılır.

Dövlət büdcəsinin qorunması prinsiplərinə uyğun olaraq, müvafiq maddələr üzrə təyinatdan kənarlaşma olmaması məqsədilə, monitorinqlər zamanı qanunvericiliklə müəyyən edilmiş şərtləri ödəməyən — adına daşınmaz əmlak sahəsi (ev, mənzil) alan, VÖEN (vergiödəyicisinin eyniləşdirmə nömrəsi) əldə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan, nikah qeydi ilə statusu dəyişən, eləcə də təqvim ili ərzində müxtəlif dövrlərdə xaricdə ümumilikdə 182 gündən artıq yaşayan şəxslərə dövlət vəsaitinin ayrılması hüquqi baxımdan mümkün deyil. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial ödənişlərlə bağlı məsələlərin vətəndaşlar üçün həssas xarakter daşıdığını daim nəzərə alır. Bununla yanaşı, dövlət orqanları qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət büdcəsi hesabına həyata keçirilən bütün sosial ödənişlərin təyin edilməsində qüvvədə olan hüquqi normaların mütləq tətbiqini təmin edirlər”.

Oxunub 350
Share95Tweet60Share24
Mustafa Həsənov

Mustafa Həsənov

Related Posts

Salyanda qəza, bir nəfər öldü

Salyanda qəza, bir nəfər öldü

by Mustafa Həsənov
25 Avqust 2026
0

Salyanda yol-nəqliyyat hadisəsi olub. Veten.az APA-ya istinadən xəbər...

16 il keçdi… Sən yoxsan, amma xatirən yaşayır – Fatma Yıldırımın yazısı

16 il keçdi… Sən yoxsan, amma xatirən yaşayır – Fatma Yıldırımın yazısı

by Mustafa Həsənov
25 Avqust 2026
0

Bu gün – 25 avqust mənim üçün çox...

Bakıda kişini cərəyan vurub öldürdü

Bakıda kişini cərəyan vurub öldürdü

by Mustafa Həsənov
25 Avqust 2026
0

Bakıda kişini elektrik cərəyanı vurub. Veten.az xəbər verir...

  • Trending
  • Comments
  • Latest
DİN-dən növbəti əməliyyat: Silahlar və narkotik tapıldı

DİN-dən növbəti əməliyyat: Silahlar və narkotik tapıldı

22 Avqust 2026
Azərbaycanda ŞOK OLAY: dənizdə boğulduğu deyilən şəxs ölkədən qaçıbmış

Azərbaycanda ŞOK OLAY: dənizdə boğulduğu deyilən şəxs ölkədən qaçıbmış

22 Avqust 2026
İlham Əliyevin müsahibəsi: Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyur

İlham Əliyevin müsahibəsi: Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyur

23 Avqust 2026
Bel ağrısının səbəbləri – Niyə bel ağrıyır və nə etmək lazımdır?

Bel ağrısının səbəbləri – Niyə bel ağrıyır və nə etmək lazımdır?

1
İmmuniteti gücləndirən qidalar – Güclü immun sistemi üçün nə yemək lazımdır?

İmmuniteti gücləndirən qidalar – Güclü immun sistemi üçün nə yemək lazımdır?

1
Bayılda meyit tapılıb

Bayılda meyit tapılıb

0
Salyanda qəza, bir nəfər öldü

Salyanda qəza, bir nəfər öldü

25 Avqust 2026
16 il keçdi… Sən yoxsan, amma xatirən yaşayır – Fatma Yıldırımın yazısı

16 il keçdi… Sən yoxsan, amma xatirən yaşayır – Fatma Yıldırımın yazısı

25 Avqust 2026
Bakıda kişini cərəyan vurub öldürdü

Bakıda kişini cərəyan vurub öldürdü

25 Avqust 2026
  • HADİSƏ
  • ÜMUMİ
  • GÜNDƏM
  • YUXUYOZMALAR
  • BÜRCLƏR
  • SAĞLAMLIQ
  • SİYASƏT
  • TƏHSİL
  • HEKAYƏLƏR

Copyright © 2026 VETEN.AZ | Mustafa Həsənov

No Result
View All Result
  • HADİSƏ
  • ÜMUMİ
  • GÜNDƏM
  • YUXUYOZMALAR
  • BÜRCLƏR
  • SAĞLAMLIQ
  • SİYASƏT
  • TƏHSİL
  • HEKAYƏLƏR

Copyright © 2026 VETEN.AZ | Mustafa Həsənov

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
MobTop.az
LiveInternet