Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Veten.Az xəbər verir ki, hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində, Hüseynbala Əliyev küçəsində qeydə alınıb.
Belə ki, Eminov Emin Samir oğlunun idarə etdiyi avtomobil yolu keçmək istəyən piyada Əliyev Həsənbala Fəxrəddin oğlunu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.























