Bərdədə Qazel qəza törətdi – Əliyanlı kəndində hadisə
Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Veten.az xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “Qazel” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.
Hadisə zamanı avtomobil yol kənarına çıxıb.
Qəza nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik əlavə məlumat yoxdur.
Hadisənin səbəbləri araşdırılır.























