Bərdədə iki minik avtomobili toqquşdu
Bərdə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Veten.Az saytı xəbər verir ki, Hadisə şəhərin Sənaye küçəsində qeydə alınıb. İlkin məlumata görə, VAZ-2107 markalı avtomobil ilə Naz Lifan markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində avtomobillərə maddi ziyan dəyib. İlkin məlumatlara əsasən, hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.























