Bərdədə iki avtomobil toqquşub
Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Veten.Az xəbər verir ki, hadisə rayonun Bakı küçəsində qeydə alınıb.
Məlumata görə, “Mercedes” markalı avtomobillə “Daewoo” markalı avtomobil toqquşub. Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə müəyyən dərəcədə maddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.























