Bərdədə faciə: 79 yaşlı kişi kanala düşərək həyatını itirdi
Bərdə rayonunda bədbəxt hadisə baş verib.
Veten.Az xəbər verir ki, hadisə rayonun Hacıəhmədli kəndində qeydə alınıb.
Kənd sakini, 79 yaşlı Məhəmməd Cəlilov ağac kəsərkən ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb. Nəticədə o, suda boğularaq həyatını itirib.
Hadisədən sonra meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.























