Bərdədə açıq ərazidə yanğın olub – 800 kvadratmetr sahə yanıb
Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın hadisəsi baş verib.
Veten.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə tam söndürülüb.
Hadisə nəticəsində 800 kvadratmetr sahədə quru ot və kol-kos yanıb. Ərazidəki ağaclar, eləcə də yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.























