Bərdə rayon təhsil sektorunun müdiri Nicat İsmayılov vəfat edib
Bərdə rayon təhsil sektorunun müdiri Nicat İsmayılov vəfat edib.
Veten.az-ın əldə etdiyi məlumata görə, Nicat İsmayılov ürək tutması nəticəsində dünyasını dəyişib.
Nicat İsmayılov uzun illər təhsil sahəsində çalışıb və Bərdə rayonunda təhsilin idarə olunmasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Onun vəfatı təhsil ictimaiyyətində və rayon sakinləri arasında kədər hissi ilə qarşılanıb.
Mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Veten.az























