Azərbaycanın Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində dəyişiklik edilib.
Veten.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının imzaladığı digər Sərəncama əsasən isə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycanın Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, hər iki sərəncam Prezident İlham Əliyev tərəfindən imzalanıb və təyinatlar rəsmi qaydada qüvvəyə minib.























