Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi edən abituriyentlərə sevindirici xəbər var.
Veten.az xəbər verir ki, ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb. Nəticələrlə bağlı 7727 qısa nömrəsinə göndərilən SMS-lərə cavablar gəlməyə başlayıb.
Abituriyentlər göndərdikləri mesajlara cavab vasitəsilə ali təhsil müəssisəsinə qəbul olub-olmadıqları və yerləşdirildikləri ixtisas barədə məlumat əldə edə bilərlər.
Qeyd edək ki, nəticələrin açıqlanması ilə minlərlə abituriyentin ali məktəbə qəbul həyəcanına da son qoyulub.
























