Azərbaycan tibb elminin tanınmış nümayəndələrindən biri, görkəmli alim, biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Arif Mustafa oğlu Əfəndiyev vəfat edib.
Veten.Az xəbər verir ki, Arif Əfəndiyev uzun illər ərzində Azərbaycan tibb elminin və biokimya sahəsinin inkişafına mühüm töhfələr verib.
O, 1987–2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasına rəhbərlik edib. Zəngin elmi-pedaqoji fəaliyyəti, fundamental dərslikləri və yetişdirdiyi çoxsaylı mütəxəssislərlə ölkəmizdə biokimya elminin inkişafında mühüm rol oynayıb.
Arif Əfəndiyevin vəfatı Azərbaycan elmi ictimaiyyəti, tibb təhsili və onu tanıyanlar üçün ağır itkidir.










































