Azərbaycanda yaşayış minimumu artırılır: 2027-ci il üçün yeni məbləğlər
2027-ci ildə Azərbaycanda yaşayış minimumunun 314 manata çatdırılması nəzərdə tutulur. Əmək qabiliyyətli şəxslər, pensiyaçılar və uşaqlar üçün də yeni məbləğlər müəyyənləşdirilib.
Veten.Az xəbər verir ki, bu barədə müddəalar Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, gələn il yaşayış minimumunun məbləği ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat olacaq.
Müqayisə üçün qeyd edək ki, 2026-cı ildə yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat müəyyən edilib.
Beləliklə, yeni təklifə əsasən, 2027-ci ildə yaşayış minimumunun ölkə üzrə 14 manat, əmək qabiliyyətli əhali üçün 17 manat, pensiyaçılar üçün 13 manat, uşaqlar üçün isə 14 manat artırılması planlaşdırılır.
Artım faiz ifadəsində ölkə üzrə 4,7 faiz, əmək qabiliyyətli əhali üçün 5,4 faiz, pensiyaçılar üçün 5,3 faiz, uşaqlar üçün isə 5,4 faiz təşkil edir.
Yeni məbləğlərin 2027-ci il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, göstərilən rəqəmlər 2027-ci ilin dövlət büdcəsi layihəsində təklif olunan məbləğlərdir.


































