Azərbaycanda tanınmış vəkil HƏBS EDİLDİ – 4 aylıq qərar verildi!
Azərbaycanda vəkil Raman Abışov həbs edilib.
Veten.Az xəbər verir ki, Raman Abışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan vəkil bu gün məhkəmə qarşısına çıxarılıb.
Məhkəmənin qərarı ilə Raman Abışov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Raman Abışov dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili olub. O, Kamilə Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edib.
Vəkilə qarşı irəli sürülən ittihamla bağlı məhkəmə araşdırması davam edəcək.

