Millət vəkili Fatma Yıldırımın dəstəyi ilə müharibə qazisinin 4 illik internet problemi həll olundu
Bərdə rayonunun Tağılar kənd sakini, I Qarabağ müharibəsinin II qrup əlilliyi olan qazisi Abbasov Şahverdi Əsəd oğlunun internetlə bağlı müraciəti müsbət həllini tapıb.
Qazinin bildirdiyinə görə, dövlət tərəfindən fərdi yaşayış evi ilə təmin olunduqdan sonra 4 il ərzində internet xəttinin çəkilməsi üçün “Aztelekom”a dəfələrlə müraciət edib. Lakin evlə telekommunikasiya xətti arasındakı məsafənin təxminən 500 metr olması səbəbindən problem həllini tapmayıb.
Şahverdi Abbasov noyabrın 10-da millət vəkili Fatma Yıldırımın Bərdə rayonunun Cicimli kəndində keçirdiyi vətəndaş qəbulunda iştirak edərək problemini deputata çatdırıb və köməklik göstərilməsini xahiş edib.
Fatma Yıldırım müraciəti diqqətə alaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırıb.
Nəticədə noyabrın 14-də qazinin yaşadığı evə internet xətti çəkilib.
Şahverdi Abbasov göstərilən diqqət və qayğıya, müraciətinin qısa müddətdə müsbət həllinə görə millət vəkili Fatma Yıldırıma təşəkkürünü bildirib.

