Gəncədə Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə “V” Gəncə Kitab Sərgisi keçirilib.
14 noyabr tarixində baş tutan sərgi kitabsevərləri, ədəbiyyat nümayəndələrini və nəşriyyat sektorunu bir araya gətirən mədəni tədbirlərdən biri olub.
Sərginin əsas məqsədi kitab və mütaliə mədəniyyətinin təbliği, nəşriyyat sahəsinin inkişafına dəstək göstərilməsi, yerli müəlliflərin və nəşrlərin daha geniş auditoriyaya tanıdılmasıdır.
“V” Gəncə Kitab Sərgisi şəhərin mədəni həyatında kitabın və mütaliənin əhəmiyyətini bir daha ön plana çıxarıb. Belə tədbirlər oxucularla nəşriyyatlar arasında əlaqələrin möhkəmləndirilməsi, ədəbiyyata marağın artırılması və intellektual mühitin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, 15 noyabr 2026-cı il tarixində yəni sabah artıq sərginin 2ci və sonuncu günü baş tutacaqdır
Vətən.az Xəbər Portalı


