Məleykə Abbaszadə BDU rektoru təyin edildi

Məleykə Abbaszadə BDU rektoru təyin edildi

Məleykə Mehdi qızı Abbaszadəyə yeni vəzifə verilib.

Veten.Az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Məleykə Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin olunub.

Beləliklə, Məleykə Abbaszadə DİM rəhbərliyindən ayrılaraq BDU-ya rəhbərlik edəcək.