Göygöldə bələdiyyə binasında meyit tapıldı – Mühasib dünyasını dəyişdi
Göygöldə bələdiyyə əməkdaşının ölümü ilə nəticələnən hadisə baş verib.
Veten.Az xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.
Belə ki, kənd bələdiyyəsinin 65 yaşlı mühasibi S. Orucovun meyiti iş otağında aşkarlanıb.
İlkin məlumata görə, onun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.









































