• Latest
  • Trending
Dədə Qorqudun, Nizami Gəncəvinin dilindən düşməyən şəhərimiz – Firuzabad haradır?

Dədə Qorqudun, Nizami Gəncəvinin dilindən düşməyən şəhərimiz – Firuzabad haradır?

06 Avqust 2026
Abşeronda QANLI İNSİDENT: baş həkimin müavini bıçaqlandı

Abşeronda QANLI İNSİDENT: baş həkimin müavini bıçaqlandı

08 Oktyabr 2026
İşçi ərizə yazmasa belə məzuniyyətə göndərilə bilər? – YENİ QAYDALARIN TƏFƏRRÜATLARI

İşçi ərizə yazmasa belə məzuniyyətə göndərilə bilər? – YENİ QAYDALARIN TƏFƏRRÜATLARI

08 Oktyabr 2026
Gəncədə 54 yaşlı piyada avtomobilin vurması nəticəsində xəsarət alıb

Gəncədə 54 yaşlı piyada avtomobilin vurması nəticəsində xəsarət alıb

07 Oktyabr 2026
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb

Şirvanda 18 yaşlı gənc bıçaqlanıb

07 Oktyabr 2026
VİDEO: Oğlunu öldürən erməninin başını kəsib leşini Bərdənin küçələrində sürüyən qadın Ələviyyə xanım

VİDEO: Oğlunu öldürən erməninin başını kəsib leşini Bərdənin küçələrində sürüyən qadın Ələviyyə xanım

07 Oktyabr 2026
Ülfət Qurbanov işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

Ülfət Qurbanov işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

07 Oktyabr 2026
Məktəb direktoru vəfat etdi

Məktəb direktoru vəfat etdi

06 Oktyabr 2026
Xaçmazda kişi evinin həyətində ölü tapıldı

Xaçmazda kişi evinin həyətində ölü tapıldı

06 Oktyabr 2026
Çağırışçılar üçün YENİLİK: Hərbi xidmətə yararlılığı süni intellekt müəyyənləşdirəcək!

Çağırışçılar üçün YENİLİK: Hərbi xidmətə yararlılığı süni intellekt müəyyənləşdirəcək!

06 Oktyabr 2026
Hacıqabul sakinini kürəyindən bıçaqladılar

Ağstafada iki qardaş bıçaqlanıb

05 Oktyabr 2026
Gəncədə iki nəfər bıçaqlanıb

Ər arvadını bıçaqlayıb polisə təslim oldu

05 Oktyabr 2026
“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

05 Oktyabr 2026
Veten.Az Milli Xəbər Portalı
Cümə axşamı, Oktyabr 8, 2026
  • Login
Reklam
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR
No Result
View All Result
Veten.Az Milli Xəbər Portalı
No Result
View All Result

Dədə Qorqudun, Nizami Gəncəvinin dilindən düşməyən şəhərimiz – Firuzabad haradır?

by Mustafa Həsənov
06 Avqust 2026
in ÜMUMİ
0
Dədə Qorqudun, Nizami Gəncəvinin dilindən düşməyən şəhərimiz – Firuzabad haradır?

Azərbaycanın qədim şəhərlərindən olan Bərdənin ən gözəl tərifini böyük Nizami Gəncəvinin qələmindən eşitmişik:

Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qışı da güldür, çiçəkdir…

YOU MAY ALSO LIKE

İşçi ərizə yazmasa belə məzuniyyətə göndərilə bilər? – YENİ QAYDALARIN TƏFƏRRÜATLARI

VİDEO: Oğlunu öldürən erməninin başını kəsib leşini Bərdənin küçələrində sürüyən qadın Ələviyyə xanım

deyən müdrik şairimiz şəhərin gözəlliyini, münbitliyin, səliqə-səhmanını yerlərə-göylərə sığdırmırdı. Amma Bərdənin təsviri, adının mənası, insanlarının həyat və fəaliyyət tərzi təkcə Nizaminin qələminə tuş gəlməyib. Strabon, Ptolomey kimi antik tarixçilərlə yanaşı, avropalı və asiyalı araşdırmaçıların da hədəfi olub. Ərəblər Bərdəyə Ümmu-Arran ləqəbi vermişdilər, yəni “Arranın anası” (Azərbaycana Arran da deyirdilər). Ərəb tarixçilərinin gəldiyi qənaətə görə, “ Rey və İsfahandan sonra İraqla Təbəristan arasında Bərdədən böyük və məhsuldar yer yoxdur”. Bu, ərəb tarixçisi Müqəddəsinin fikirləridir. Daha sonra əlavə edir: “O ki qaldı Arrana, o, vilayətin üç hissəsini, Arras çayı ilə dəniz arasındakı yarımadanı tutur, Məlik (Kür) çayı vilayəti ortadan bölür. Onun paytaxtı Bərdə şəhəridir…”

Göründüyü kimi, Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir.

Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Ərəb tarixçisi Belazüri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (483-531), İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) Makedoniyalı İsgəndərin (e.ə. 336-323) dövründə salındığını bildirib.  Movses Kalankatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə Firuzin (459-484) göstərişi ilə salınmışdır. Bu dövrdə Bərdənin adı “Firuzabad” olub. Elə ən çox da bu adla tanınıb.

Bərdə 3000 illik tarixinin 500 ili paytaxt olub

Bərdə 752-ci ildə Arran vilayətinin mərkəzi olana qədər 552-ci ildə Albaniyanın paytaxtı olub, kilsənin də mərkəzi Bərdəyə köçürülüb. Xəlifə Osmanın dövründə (644-656) ərəb qoşunları Bərdəni işğal edib. Amma həmin dövrdə Bərdə mühüm ticarət, mədəniyyət mərkəzinə çevrilib. Məşhur “Əl-Kürkiy” bazarı Bərdə darvazasının yaxınlığında yerləşirdi. Bərdə həm də Xürrəmilər hərəkatının əsas güc mənbələrindən biri idi.

Bu böyük şəhər monqolların hücumu zamanı dağılıb, Elxanilər dövründə bərpa olunub. Xanlıqlar dövründə Bərdə artıq böyük şəhər kimi yox, kiçik qəsəbə olaraq Qarabağ xanlığının tərkibinə qatılıb. Halbuki təxminin hesablamalara görə, Bərdə 3000 illik tarixinin 500 ilini paytaxt statusuna malik olub.

Gələk Bərdənin adına:

Bərdə şəhərinin adı ilə bağlı ən qədim yazılı məlumat ilk orta əsrlərə aid olan alban mənbələrində saxlanır. M.Kalankatlı “Albaniya tarixi” əsərində Bərdəni Partav adlandırır. Yeri gəlmişkən, ermənilərin də güman ki, bu ad ürəyincə olub, çünki onlar Partav adlandırdığı şəhərimizi özününkü hesab edirlər.

Gürcü tarixçisi Leonti Mrovelinin “Kartli çarlarının həyatı” adlı xronikasında Bardos haqqında söylənilən rəvayətin Bardiyaya (Bərdəyə) aid olduğu qeyd edilir.

Bərdə sözünün fonetik kökü “bərd” ərəbcə bir mənada daş, ikinci mənada soyuq, sərin sözündən ibarətdir.

Bərdənin adı və onun etimologiyasının öyrənilməsində tarixi və coğrafi əsərlərdən başqa özündə tarixi hadisələri, toponimləri əks etdirən şifahi xalq yaradıcılığı nümunələri və yazılı bədii əsərlərdən də faydalanmaq mümkündür.

Nizami Gəncəvi “İsgəndərnamə” poemasında yazır:

Harun adlanırdı bu yurd hər yerdə,

İndisə adına deyirlər Bərdə.

Maraqlıdır ki, Nizami Gəncəvidən başqa heç kim Bərdənin “Harun” adlandırıldığını qeyd etmir.

Bununla belə, XVIII əsrdə tərtib olunmuş “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndə Bərdə kəndləri sırasında “Harun” adlı kəndin adı çəkilir.

Q.Melikişvili Bərdə ilə e.ə. VIII əsrdə Mannada olan “Parda” arasında əlaqə olduğunu göstərir. A.Axundov göstərir ki, Bərdə türk mənşəli “berdi” sözündən olub, “piyalə, kuzə” mənasını verən toponimdir.

Qaynaqların birində isə sakların e.ə. VIII–VII əsrlərdə Azərbaycana gəlməsi və Kür-Araz ovalığında yerləşməsi barədə məlumat verilir.

Bildirilir ki, saklar indiki Bərdə şəhərindən Qafqaz dağlarına qədər böyük bir ərazini tutmuşdular. Həmin sak tayfaları içərisində “bərdor” adlı tayfanın mövcud olduğundan bəhs edilir.

Oxunub 62
ShareTweetShare

Search

No Result
View All Result

Search

No Result
View All Result

Categories

  • BÜRCLƏR (48)
  • GÜNDƏM (93)
  • HADİSƏ (197)
  • HEKAYƏLƏR (11)
  • HƏRBİ (10)
  • İDMAN (4)
  • Kateqoriyasız (16)
  • KRİMİNAL (7)
  • SAĞLAMLIQ (41)
  • ŞƏHİDLƏRİMİZ (32)
  • SİYASƏT (50)
  • ŞOUBİZNES (15)
  • TƏHSİL (21)
  • ÜMUMİ (94)
  • YUXUYOZMALAR (31)

  • Cookie Siyasəti
  • Düzəliş siyasəti
  • Etik Prinsiplər
  • Əlaqə
  • Haqqımızda
  • İdarə Heyyəti
  • İstifadə şərtləri
  • Məxfilik Siyasəti
  • Redaksiya
  • Reklam

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

No Result
View All Result
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
AZTOP.NET - Топ рейтинг сайтов
MobTop.az
LiveInternet